Ərdoğanın mövqeyi açıqdır: Türkiyə BU HALDA Ermənistana kömək edəcək

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, “Regionda sülhün bərqərar olmasında dair Türkiyədən müsbət yanaşmalar görürük

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, "Regionda sülhün bərqərar olmasında dair Türkiyədən müsbət yanaşmalar görürük". O, Türkiyənin bu mesajlarını müsbət qarşıladığını bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan müsbət siqnallara müsbət siqnallarla cavab verəcəkdir.

Maraqlıdır Paşinyan, Türkiyənin hansı siqnallarına müsbət cavab verə bilər? Ümumiyyətlə Türkiyə Ermənistana kömək edə bilərmi?

Evlilik təklifi üçün yüz illik binanı bağlatdırdı: 2 milyon dollarlıq nişan üzüyü taxdı - FOTO

Mövzunu Metbuat.az-a  şərh edən siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Paşinyanın parlamentdəki çıxışı da növbəti təxribatçı açıqlamalardan biri hesab oluna bilər.Tural İsmayılov şərhinə əlavə olaraq qeyd etdi ki, həm Qərbin, həm də Rusiyanın əlində maşaya çevrilən Ermənistan regionun ən zəif dövlətidir. Paşinyan da artıq anlayır ki, Türkiyə dünyanın ən önəmli güc faktorlardan biri halına gəlmiş bir siyasi mərkəzdir. Bundan başqa Azərbaycan kimi regionun ən önəmli geopolitik dövlətlərindən biri ilə münasibətləri daha da tarıma çəkmək, Ermənistana yaxşı heç nə vəd edə bilməz.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

"Hal-hazırda Ermənistan Azərbaycanla 10 noyabrda imzaladığı bəyanatın müddəalarına əməl etmir. Təkcə 10 noyabr bəyanatının müddəaları deyil, eyni zamanda 11 yanvarda Moskvada əldə olunan razılaşma ilə bağlı da bir sıra maddələr var ki, açıq qalıbdır. Onların yerinə yetirilməsi ilə bağlı Ermənistan tərəfindən real əməli praktik addımlar atılmır. Bütün bunlar əlbəttə, ki, Azərbaycan tərəfini ciddi şəkildə narahat eləyən məsələlərdən biridir. Məlumdur ki, 44 günlük müharibə təkcə Ermənistan ordusunun sıradan çıxarılması və erməni insan kapitalına məhv edilməsi ilə nəticələnmədi. Eyni zamanda ölkədə böyük sayda köçlər baş verir. Ermənistanda ölüm sayı doğum sayından dəfələrlə çoxdur. Bu məsələlərin fonunda regionda sabitlik lazımdır. Mən düşünürəm ki, Paşinyanın Türkiyə ilə bağlı açıqlamaları sadəcə olaraq məcburiyyətdən verilmiş saxtakar açıqlamalarına biridir".

Siyasi şərhçi vurğuladı ki, Ermənistan yaxşı başa düşür ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaqdan keçir. Amma Ermənistan Türkiyəyə göndərilən mesajlara adekvat cavab almaq isdəyirsə, imzalanan bəyanatın bütün müddəalarına əməl etməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

"Bununla yanaşı Ermənistan sərhəddə və cəbhəyanı bölgələrdə təxribatlar və atəşkəs pozuntularına şərait yaratmamalıdır. Yalnız uzun vədəli formada Ermənistan tərəfindən sülhə və sabitliyə təhdid olmayacağı ilə bağlı Türkiyədə əminlik olarsa, Türkiyə prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın da dəfələrlə qeyd etdiyi kimi, bölgədə reallaşacaq altılıq platforma çərçivəsində gələcəkdə Ermənistanın bu təşkilata qoşulma ehtimalları reallaşa bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31