Ərdoğanın yeni səfəri BALKAN REGİONUNADIR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkan regionuna səfəri başlayıb.
27 Avqust 2021 16:28 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkan regionuna səfəri başlayıb.
Olaylar.az "Anadolu"ya istinadən xəbər verir ki, Ərdoğan ilk olaraq Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə gəlib.
Bildirilib ki, Türkiyə Prezidenti burada naməlum əsgərin abidəsini ziyarət edib, əklil qoyub.
Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezidiumunda təmsil olunan boşnak, xorvat və serb nümayəndələrlə görüş keçirəcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Bosniya və Herseqovinaya rəsmi səfərini tamamladıqdan sonra Monteneqroya gedəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31