Əfqanıstanda musiqi QADAĞAN EDİLƏCƏK

“Taliban” Əfqanıstanda musiqini yasaqlamağa hazırlaşır.

"Taliban" Əfqanıstanda musiqini yasaqlamağa hazırlaşır.

Olaylar.az xəbər verir ki,  bu barədə "The New York Times"a müsahibəsi zamanı qruplaşmanın nümayəndəsi Zəbiullah Məcid danışıb.

"İslamda musiqi qadağan edilib. "Taliban" Əfqanıstanda ictimai yerlərdə musiqi səslənməsini yasaqlayacaq", - o qeyd edib.

"Taliban" nümayəndəsinin sözlərinə görə, viza və xarici pasportla ölkəni tərk etmək istəyən Əfqanıstan vətəndaşları problemsiz şəkildə Kabil aeroportuna daxil ola bilərlər.

Z.Məcid həmçinin ABŞ hərbçiləri üçün işləmiş tərcüməçi və digər şəxslərin təhlükəsizliyinə zəmanət verildiyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31