Ermənilər 30 mindən artıq qəbiri qızıl axtarmaq məqsədilə DAĞIDIBLAR -Sahib Məmmədov
"1992-2020-ci illər arası dövrdə Ermənistanın nəzarətində olan ərazilərdəki qəbristanlıqlarda qızıl axtaran yüzlərlə dəstələr fəaliyyət göstərmişdir."
27 Avqust 2021 13:44 Siyasət"1992-2020-ci illər arası dövrdə Ermənistanın nəzarətində olan ərazilərdəki qəbristanlıqlarda qızıl axtaran yüzlərlə dəstələr fəaliyyət göstərmişdir."
Olaylar.az ucnoqte.az-a istinadən xəbər verir ki, bu Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun BMT-yə təqdim etdiyi hesabatda yer alıb. Sahib Məmmədov bildirir ki, yerli əhalinin əksəriyyəti qızıl dişlərdən istifadə etdiyi üçün vəfat edən şəxslərin qəbirləri qazılaraq onların cəsədində olan dişlər çıxarılmışdır:
"İndiyədək 30 000 artıq qəbirin qızıl axtarmaq məqsədi ilə dağıdıldığı müəyyən edilmişdir. Hazırda müəyyənləşmə prosesi davam edir. Ermənistan tərəfində bu qəbirqazma işlərini ironik olaraq "gold fever" adlandırırdılar."