Ermənilər informasiya təxribatını DAVAM ETDİRİLƏR
“Ermənistan mediasının Qafan meri Qorq Parsyana istinadən yaydığı məlumata görə, Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsinin açılması ilə bağlı aparılan üçtərəfli danışıqlar dünən gecə saatlarında başa çatıb və nəticəsiz qalıb. Qorq Pasyan Ermənistan üçün həyati əhəmiyyət daşıyan yolun nə zaman açılacağı barədə şərh verməyib”.
27 Avqust 2021 12:42 Siyasət"Ermənistan mediasının Qafan meri Qorq Parsyana istinadən yaydığı məlumata görə, Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsinin açılması ilə bağlı aparılan üçtərəfli danışıqlar dünən gecə saatlarında başa çatıb və nəticəsiz qalıb. Qorq Pasyan Ermənistan üçün həyati əhəmiyyət daşıyan yolun nə zaman açılacağı barədə şərh verməyib". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, erməni mətbuatı Gorus-Qafqan yolunun Azərbaycan ərazisindən keçən hissəsini bağlayan və burada təhlükəsizliyi təmin edən hərbçilərimizin giya blokadaya alınması ilə bağlı təxribat xarakterli məlumatlar yayır: "Məlumat üçün bildirim ki, sözügedən yolun Azərbaycan ərazsindən keçən hissəsindəki hərbçilərin blokadaya alınması coğrafi baxımdan mümkün deyil. Çünki Gorus-Qafqan yolunun hazırda hərəkətə bağlı olan hissəsinin ətrafındakı bütün ərazilər Azərbaycana məxsusdur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir".