Ermənistan parlamenti qaydasız döyüş meydanına çevrilib
26 Avqust 2021 14:53 Siyasət44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. İkinci Qarabağ müharibəsi nəinki Ermənistanın hərbi-iqtisadi sütununu çökdürüb, həmçinin bu ölkənin siyasi idarəçiliyində hərc-mərclik yaradıb. Məhz bunun nəticəsidir ki, seçkilərdən sonra "formalaşan" parlament hələ də ilk iclasını keçirə bilməyib. Məntiqi baxımdan parlamentin toplaşa bilməməsi Baş nazir Paşinyanın faktiki olaraq ölkəni idarə edə bilməməsi anlamına gəlir. Maraqlıdır, Ermənistanda hökm sürən özbaşnalıq Qarabağ probleminin tam nizamlanmasına hansı mənfi təsirini göstərə bilər? Politoloq Əlimusa İbrahimov bildirib ki, Ermənistan parlamentı hələ də normal iş rejiminə keçməkdə çətinlik çəkir. Artıq neçənci dəfədir ki, parlamentdə əlbəyaxa döyüş və su butulkalarının deputatların başının üzərində üçması səbəbindən iş yarımçıq kəsilir və təhlükəsizlik xidməti şuluqluq salan deputatları zaldan çıxarır. Belə gedərsə yeni seçilmiş parlament işinə başlaya bilməyəcək: "Parlamentdə şahidi olduğumuz hadisələr haqqında Ermənistanın ikinci prezidenti olmuş, Qarabağ Erməni klanının lideri hesab olunan Robert Köçəryan hələ iki ay bundan qabaq proqnoz vermişdi. O, elan etmişdi ki, "Ermənistan" bloku seçkilərdə qalib gəlmədi, amma yeni parlamentin işini pozmaq üçün müxalifətin əlində yetərincə resurs var. Robert Köçəryan növbədənkənar parlament seçkisi bitəndən və nəticələr məlum olandan sonra bəyan etdi ki, bu parlamentin ömrü çox uzun olmayacaq. O eyni zamnda tərfdarlarını il yarımdan sonra keçiriləcək yeni parlament seçkilərinə hazırlaşmağa çağırırdı. Robert Köçəryan kənardan idarə etdiyi komanda və yeni parlamentə göndərdiyi emissarı, Xocalı qatili Seyran Ohanyanın əli parlamentin işini iflic vəziyyətinə salmağa çalışır və hələlik buna nail olur. Onun məqsədi parlamentin fəaliyyətini sıfra endirmək və orada baş verən qarşıdurmanı müəyyən müddətdən sonra küçəyə daşımaqdır. Parlament tam qüvvəsi ilə fəaliyyət göstərə bilmədikdə Baş Nazir Nikol Paşinyanın seçkiqabağı kompaniya zamanı xalqa verdiyi vədlər yerinə yetirilməyəcək və əhalinin iqtisadi vəziyyəti günü-gündən daha da ağırlaşacaq. Bu da yeni hökumətə və Paşinyana qarşı inamszlığın artması ilə nəticələnəcək".
Onun sözlərinə görə, parlamentdə baş verən son hadisələr eyni zamanda Ermənistanın Azərbaycan və Rusiya qarşısında götürdüyü öhdəliyin də yerinə yetirilməməsi ilə nəticələnəcək. Nikol Paşinyanın vəd verdiyi Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, kommunikasiyaların açılması, qonşu ölkələrlə münasibətlərin yaranması, ermənilərin xaricə köçünün qarşısının alınması, ordunun müasir silahlarla yenidən təchiz olunması məsələləri həll olunmamış qalacaq: "Belə şəraitdə hökumət Avropa İttifaqının ayırdığı 2.6 milyard Avro həcmində yardımı ölkənin ayaqda durması üçün təyinatı üzrə deyil əhalinin rifahını yüksəltmək istiqamətində xərcləmək məcburiyyətində qalacaq. Bu da Nikol Paşinyanın Baş Nazir kimi Avropa İttifaqı və Amerika qarşısında gözdən düşməsinə səbəb olacaq. Digər tərəfdən, üçtərəfli müqavilə çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirməyən Ermənistan Azərbaycan tərəfindən haqlı olaraq yeni müharibə təhlükəsi ilə üzləşəcək. Artıq həm region, həm də beynəlxalq aləmdə Azərbaycanın Ermənistana daha 30 il düşünmək imkanı verməyəcəyini yaxşı bilirlər".
Onun sözlərinə görə, Ermənistan parlamentində baş verən son qarşıdurma və eləcə də Azərbaycan - Ermənistan sərhədində baş verən son insidentlərin xaricdən tətkləndiyini də düşünmək üçün yetərincə səbəblər var. Hadisələrin Paşinyanın Qərbə tərəf meyllənməsinin qraşısını almaq üçün Rusiya tərəfindən səhnələşdirilməsi də mümkündür: "Yaxud, ermənilərin ATƏT-in Minsk qrupunun reinkarnasiya edilməsi üçün Fransa tərəfindən qızışdırıldığını da söyləmək mümkündür. Məqsədindən asılı olmayaraq istənilən halda Ermənistanda baş verən son hadisələr nə yeni qurulmuş ikinci Paşinyan hökumətinə, nə də getdikcə uçurumun daha da dibinə sürüklənən erməni xalqına heç bir faydası olmayacaq".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir