"Böyük yeddilər"in Taliban sammiti
26 Avqust 2021 14:46 SiyasətBöyük 7-lər qrupu çərşənbə axşamı videoformatda növbədənkənar "sammitdə" toplaşdılar. Təcili toplaşmanın səbəbi Əfqanıstan və talibanın orada hakimiyyəti ələ keçirməsi idi. Qarşıda sammit iştirakçılarını narahat edən 3 məsələ var idi: təhlükədə olan əfqanların ölkədən getməsinə yardım etmək, Talibanla qarşılıqlı münasibətləri əlaqələndirmək və talibləri ölkədə mövcud olan bütün siyasi qüvvələrin daxil edildiyi "inkluziv" hökumət qurmağa məcbur etmək. Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirib ki, Amerika Prezidenti Baydenin sammitə qoşulması iştirakçıları ona Əfqanıstandan Amerika qoşunlarını çıxarılması nəticəsində baş verən hadisələrlə bağlı etirazlarını bildirməyə şərait yaratsa da onlar istədiklərinə nail ola bilmədilər.NATO üzrə Amerikanın Əfqanıstan həmkarları Böyük Britaniya, Fransa və İtaliya xarici qoşunların Əfqanıstan çıxarılması üçün müəyyən olunmuş tarixin uzadılması haqqında Amerika Prezidentini razı sala bilmədilər. Bayden bu barədə müraaciətinin Talibanın liderləri tərəfindən eşidilməyəcəyini bildiyi üçün vaxtın uzadılması mövzusunu heç müzakirəyə çıxarmadı. Sammitə qoşulmazdan qabaq o, 31 avqustun dıyişməz qalacaqğı barədə bəyanat səsləndirdi: "Böyük Britaniya, Fransa və Almaniyanın ciddi cəhdlərinə baxmayaraq Baydan nəzərdə tutulan ilk planı qüvvədə saxladı. Beləliklə Amerikanın Əfqanıstandan qoşunları çıxarmasından narazı qalan müttəfiqlərinin əlinə Baydeni günahlandırmaq üçün yeni əsaslar verdi. Jo Bayden bu üç müttəfiqin müddəti uzatmaq barədə xahişiniə qulaq asmamaqla bir növ onları Əfqanıstandakı fəaliyyətsizliklərinə görə cəzalandırdı. 20 il boyunca bu üç Avropalı müttəfiq sözdə Amerikanın yanında olsalar da əməldə taliblərin ram edilməsi üçün Amerika ordusuna lazım olan dəstəyi vermədilər. Bu gün təkcə Amerika Əfqanıstanda Talibana qarşı mübarizədə bir tirilyon dollara yaxın vəsait xərclədiyi barədə hesabat verir. Böyük Britaniya, Fransa və İtaliyanın Talibana qarşı sərf etdikləri vəsait və itkiləri barədə məlumat hələ ki, yoxdur. Bayden Amerika qoşunları Əfqanıstandan çıxarmaqla eyni zamanda NATOdakı Əfqanıstan üzrə müttəfiqlərinə dərs vermək istədi. Taliblər Avropaya Amerikadan daha çox təhlükəlidirlər və bu təhlükə qaçqın adı altında bu ölkələrə sığmış terrorçular simasında özünü artıq göstərməkdədir. Taliblərin müxtəlif terror qruplarının üzvləri kimi Böyük Britaniya, Fransa, İtaliya və digər dövlətlərdə baş qaldıracağı gün lap yaxındadır. Sabah bu qüvvənin qarşısının almaq Amerika kimi super dövlətin də imkanları xaricində olacaq. Baydenin Amerika qoşunları üçün missiyanın bir qədər uzadılmasının mümkünlüyü haqqında məlumat verməsi dediklərimizin əyani sübutudur".
Onun sözlərinə görə, Sammitdə Böyük Britaniyanın Baş Naziri Boris Conson Talibanı şirnikləndirmək yolunu tutdu: "Onun verdiyi məlumata görə 7-lər taliblərlə əlaqə mexanizmi hazırlayıb. Əfqanıstanın yeni sahibləri qaçqınların maneəsiz ölkəni tərk etməsi və qadınların təhsil almasına şərait yaratsa, terrorizmin geri qayıtmasının qarşısını alsalar milyardlarla dollarlıq beynəlxalq yardımı əldə edə biləcəklər. Sonda 7-lərin başçıları bəyanat qəbul etdilər. Bəyanatda son günlər Əfqanıstanda baş verənlərin narahatlıq doğurması ifadə edilir, Taliblərin sivil qaydalara uyğun hərəkət etmələri tövsiyə olunurdu. Xarici vətəndaşlar və 20 il onlara qulluq edən əfqanların sərbəst şəkildə digər ölkələrə köçməsinə mane olmamaq haqqında çağırıəş edilir, BMT - nin humanitar missiyanın koordinasiya olunmasına rəhbərlik etməsinin dəstəklənməsinə çağırış olunur.7-lərin təcili toplantısı inkişaf etmiş dövlətlərin Əfqanıstan hadisələrinin nə qədər ciddi olduğunu dərk etməsi haqqında ilk siqnaldır. Toplantıda yekdil bir fikrə gəlinməməsi isə Amerika ilə Avropa İttifaqı arasında uçurumun getdikcə dərinləşməsinə dəlalət edir. Belə vəziyyət destruktiv qüvvələrə yeni inkişaf sahələri açır".