Ermənistan parlamenti DÖYÜŞ MEYDANINA ÇEVRİLİB
“Ermənistanda növbədənkənar parlament seçkilərində R. Koçaryanın "Hayastan" blokuda ana müxalifət olaraq seçkilərdə ikinci yeri əldə etdi. "
25 Avqust 2021 13:51 Siyasət"Ermənistanda növbədənkənar parlament seçkilərində R. Koçaryanın "Hayastan" blokuda ana müxalifət olaraq seçkilərdə ikinci yeri əldə etdi. Məhz R. Koçaryanın blokunun parlamentdə yer alması əsasən, iclasların reqlamentini pozmaq və dava salmaqla ümumi gedişata təsir etməkdir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan parlamentdə müxalif fraksiyasının rəhbəri sabiq müdafiə naziri S. Ohanyan və digər müxalifət depudatlar hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvülərinə qarşı hücum edir və demək olar ki, Ermənistan parlamenti döyüş meydanına çevrilib: "Elə bir vəziyyət yaranıb ki, iclas zalının arxasında hərbiçilər dayanır və əlbəyaxa davalara müdaxilə edilir. Bundan sonra, parlamentin iclasları bu kimi formada davam edəcək. Hətta muxalif deputatların zaldan kənarda silaha əl atması da mümkündür. R. Koçaryan meydanda edə bilmədiyi təxribatları parlament zalına gətirib və bu hökumətin işini mane olmagı hədəfləyir".