Azərbaycanlılar "Taliban" hərəkatına QOŞULA BİLƏRMİ?- AÇIQLAMA

Əfqanıstanda "Taliban”nın hakimiyyətə gəlməsi regionda terrorçuluğun yayılmasına yol aça biləcəyi qeyd olunur.

Əfqanıstanda "Taliban"nın hakimiyyətə gəlməsi regionda terrorçuluğun yayılmasına yol aça biləcəyi qeyd olunur. Səsləndirilən ehtimallardan biri də bəzi ölkələrlə yanaşı, Azərbaycandan da "Taliban"a qoşulmaq istəyənlərin ola biləcəyi narahatlığıdır.

Olaylar.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev sfera.az-a açıqlamasında deyib ki, indiki zaman üçün bu mümkün deyil:

"Nəzərə alsaq ki, ölkəmizdə Türkiyənin də təhlükəsizlik orqanlarının kifayət qədər nəzarəti var. Eyni zamanda İsrail də təhlükəsizliyin təmin olunmasında Azərbaycana kömək edir. Digər tərəfdən İsrail İslam fundamentalizminin əleyhinə olan bir dövlətdir. Bu baxımdan bundan sonra kimlərinsə Əfqanıstana gedib orada vuruşacağı ehtimalı çox aşağıdır".

Politoloq bildirib ki, indiki şəraitdə hansısa bir Azərbaycan övladının "Taliban"a qoşulub dini müstəvidə fəaliyyət göstərməsi imkansızdır:

"Həm Azərbaycanda yaranmış mühit, həm də mövcud təhlükəsizlik orqanlarının işi, aparılan təbliğat, maarifləndirmə tədbirləri buna imkan vermir. Bu baxımdan narahatlıq yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31