Ermənistan parlamentinin bugünki iclasında İNSİDENT YAŞANIB

Ermənistan mətbuatının yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyan yeni hökumətin beş illik proqramını təqdim edərkən müxalifətdə olan “Mənim şərəfim var” fraksiyasının üzvü Anna Mkrtçyan onu və hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü olan deputatları təslimçi adlandırıb.

Olaylar.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyan yeni hökumətin beş illik proqramını təqdim edərkən müxalifətdə olan "Mənim şərəfim var" fraksiyasının üzvü Anna Mkrtçyan onu və hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü olan deputatları təslimçi adlandırıb.

Məlumata görə, parlamentin spikeri Alen Simonyan Baş naziri təhqir etdiyini əsas gətirərək, A. Mkrtçyandan iclas zalını tərk etməyi tələb edib. A. Mkrtçyan bu tələbə məhəl qoymadıqda spiker təhlükəsizlik qüvvələrinin əməkdaşlarını zala çağırıb.

Təhlükəsizik əməkdaşları A. Mkrtçyanı zorla iclas zalından çıxarmaq istəyərkən isə müxalifətçi deputatlarla onların arasında insident yaşanıb.

Müxalifətçi deputatların müqavimətinə baxmayaraq, A. Mkrtçyan iclas zalından çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31