Zaur Bayramlı Mühsin Yazıçıoğlu ilə bağlı xatirəsini paylaşdı- “Elçibəyin adına layıq qutlama yapacağıq”
Avqustun 22-də mərhum Elçibəyin anım günü idi. ABŞ-da yaşayan soydaşımız, milli fəal Zaur Bayramlı özünün “facebook” hesabında 13 il əvvəl Türkiyədə Elçibəyin 70 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlə bağlı paylaşım edib.
24 Avqust 2021 17:00 SiyasətAvqustun 22-də mərhum Elçibəyin anım günü idi. ABŞ-da yaşayan soydaşımız, milli fəal Zaur Bayramlı özünün "facebook" hesabında 13 il əvvəl Türkiyədə Elçibəyin 70 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlə bağlı paylaşım edib.
"2008-ci il idi. Qarşıdan Əbülfəz Elçibəyin 70 illik yubileyi gəlirdi. Getdim Milliyyətçi Hərəkat Partiyasına (MHP-yə) ki, gəlin Elçibəyin 70 illiyini keçirək. Adını çəkməyəcəm, o vaxt genel başqan yardımçısı olan biri ilə danışdım.
Baxdım ki, könüllü deyillər, min bəhanə gətirdilər.
Səhərisi gün getdim rəhmətlik Muhsin Yazıcıoğlunun (Böyük Birlik Partiyasının başqanı-red. ) yanına.
Söz ağzımdan çıxmışdı ki, həm yardımçısını, həm də özel kalem müdirini (qəbul üzrə köməkçi-müəl.) çağırdı və dedi ki, Zaurun əmrindəsiniz, nə desə, necə desə onu edəcəksiniz. Bəyimizin adına layıq qutlama yapacağıq.
Elə yanımdaca Türkiyənin ən böyük qeyri-hökumət təşkilatı olan Türkiyə Odalar və Borsalar Birliyi başqanı Rıfat Hisarcıklıoğluna zəng edərək ən böyük salonu ayırtdırdı. O vaxt TOBB binası Ankaranın mərkəzi olan Kızılayda, Türkiyə Böyük Millət Məclisinin qarşı tərəfində yerləşirdi.
Oraya böyük bir ELÇİBEY-70 yazısı olan baner asdırdı"-deyə, Z.Bayramlı bildirib.
Mühsin Yazıçıoğlu təşkilati işlərlə bağlı da öz tövsüyyələrini verib:
"Mənə dedi ki, çıxış edənləri sən müəyyən et. Mən də böyük ziyalı, professor Mustafa Kafalını, professor Xanım Xəlilovanı və Türk Ocaqları genel başqanı Nuri Gürgürün adını verdim və Muhsin abidən xahiş etdim ki, açılış çıxışı özü etsin.
O böyük və təvazökar adam mənə dedi ki, bu işin bütün zəhməti sənin üzərindədir, açılış nitqini də özün et.
Dedim ki, əstəğfürullah başqanım, siz olan yerdə mənə söz düşməz. Mən ən yaxşısı heç danışmayım, arxa planda olum. Sonra biriləri deyərlər ki, Elçibəy adından yararlanaraq özünü reklam edir. Qalxdı, məni qucaqladı"-deyə, Zaur Bayramlı qeyd edib.
Zaur Bayramlı tədbirdə kiyafət qədər nüfuzlu şəsxlərin iştirak etiyini bildirib:
"Bu şəkildə Muhsin bəy, Azərbaycanın Ankaradakı səfirliyinin baş müstəşarı Ceyhun bəy və mənim yanımdakı isə mərhum Alparslan Türkeşin qızı professor Umay xanım Türkeşdir".