Ermənistan parlamentində jurnalistlər ETİRAZ AKSİYASI KEÇİRİBLƏR
Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın çıxışı zamanı jurnalistlər etiraz aksiyası keçirib.
24 Avqust 2021 15:25 SiyasətErmənistan parlamentində baş nazir Nikol Paşinyanın çıxışı zamanı jurnalistlər etiraz aksiyası keçirib.
Olaylar.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mətbuat nümayəndələri parlament binasında jurnalistlər üçün tətbiq olunan hərəkət məhdudiyyətinə etirazlarını bildiriblər.
Bildirilir ki qərara əsasən, jurnalistlər yalnız parlamentin foyesində, mətbuat lojasında və yaxınlıqdakı parkda fəaliyyət göstərə bilər.
Aksiyada iştirak edən jurnalistlər "Mətbuat azadlığı Nikolun vaxtında olduğu qədər məhdud olmayıb" kimi şüarlar səsləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31