Ermənilər Qazaxın kəndlərindən EVAKUASİYA EDİLİR

Ermənistan Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.

Ermənistan Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, Tavuş qubernatoru Hayk Galumyan avqustun 19-da evakuasiya ilə bağlı qərar qəbul edib.

Qərarda evakusiyasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır.

Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31