İlham Əliyev: “Bu yolu da hərbi qənimət saymaq olar” - VİDEO
Kəlbəcər rayonunun Qamışlı kəndində enerji infrastrukturu yaradılıb və yeni yüksək gərginlikli elektrik xətləri çəkilib
16 Avqust 2021 23:52 Siyasət"Kəlbəcər rayonunun Qamışlı kəndində enerji infrastrukturu yaradılıb və yeni yüksək gərginlikli elektrik xətləri çəkilib"
Bu sözləri prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib.
Prezident bildirib ki, ermənilər Laçın dəhlizinə alternativ olaraq Basarkeçərdən Kəlbəcərə yol çəkiblər.
"Bu yol çəkiləndə Azərbaycan tərəfi buna ciddi etiraz edirdi. Deyirdik, buna yol vermək olmaz. Bu ermənilərin məskunlaşma siyasətindən biridir. Bizi eşidən olmadı.
Amma nəticədə biz gəldik, düşməni qovduq və öz dədə baba yurdumuza bayrağımızı asdıq. Ona görə bu yolu da hərbi qənimət saymaq olar", - deyə prezident qeyd edib.