Dünya ŞOKDA: "Taliban" hakimiyyəti ələ keçirir - ABŞ səfirliyi sənədləri yandırır, Rusiya isə... - FOTO
15 Avqust 2021 16:27 SiyasətMetbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Taliban ABŞ müttəfiqi general Rəşid Dostumun evini də ələ keçirib. Taliban yaraqlılarının evdə çəkdikləri fotolar qısa zamanda sosial mediada yayılıb. ABŞ şəhərdəki səfirliyini boşaltmağa başlayıb. Rusiya isə Kabildəki səfirliyini boşaltmaq fikrində olmadığını açıqlayıb.
ABŞ-ın bölgədən çıxması ilə irəliləyiş əldə edən Taliban, ölkənin əsas əyalətlərini bir-bir ələ keçirir. Əfqanıstanın paytaxtı Kabil dağılmaq üzrədir. Son dəqiqə xəbərləri bölgədən bir-birinin ardınca gəlir.
Reuters-in məlumatına görə, Taliban hər tərəfdən ölkənin paytaxtı Kabilə girməyə başladı.
AFP-nin son xəbərinə görə, Taliban döyüşçülərinə Əfqanıstanın paytaxtı Kabilin qapılarında qalmaq təlimatı verilib.
Əfqanıstan Daxili İşlər Nazirliyi "Taliban"ın paytaxta girməsindən sonra hakimiyyətin təhvil verilməsi üçün danışıqlara başlayacağını açıqlaıb.
Əfqanıstan Daxili İşlər naziri Əbdül Səttar Mirzəkval verdiyi açıqlamada, Taliban yaraqlılarına Kabilə girilməməsi barədə əmr verdikdən sonra müvəqqəti bir hökumət qurulacağını və bu keçid hökumətinə hakimiyyətin dinc yolla veriləcəyini söyləyib.
Taliban siyasi idarəsinin rəhbəri Abdulgani Birader-in Kabilə gələcəyi açıqlanıb. Birader-in paytaxta gəliş tarixi ilə bağlı dəqiq məlumat açıqlanmayıb.
Digər tərəfdən açıqlama verən Taliban sözçüsü Əfqanıstan hökuməti ilə Kabili sülh yolu ilə təslim etmək üçün danışıqlar aparıldığını bildirib.
Sözçü, heç kimdən qisas almaq niyyətində olmadıqlarını vurğulayıb. Hökumətə və orduya xidmət edən hər kəsin bağışlanacağını elan edib.
Yaşanan bu hadisələr fonunda, Kabildə minlərlə vətəndaş şəhəri tərk etmək üçün hərəkətə keçib. Sosial mediada yayılan görüntülərdə şəhərin demək olar ki, hər yerində qaçan vətəndaşların tıxac yaratdığı görülür.
Məlumata görə, ABŞ səfirliyinin yerləşdiyi ərazidən tüstü qalxıb. AP-ın məlumatına görə, tüstünün səbəbi səfirlik işçilərinin "həssas materialları" məhv etməsi göstərilib. Bununla bağlı ABŞ Xarici İşlər Nazirliyinin bu istiqamətdə diplomatlara yazılı bir əmr verdiyi haqqında məlumatlar mediada yayılıb.
Məsələyə səssiz qalmayacağı bildirilən Rusiya isə Əfqanıstanla bağlı Birləşmiş Millətlər Təşkilatının təcili toplantısının keçirilməsinin planlaşdırıldığını bildirib.












