Azərbaycan Xankəndinə qayıdır -Bütün məsələlər həll olunub
14 Avqust 2021 20:58 Siyasət"Ermənilərin tərəfində çıxış edən rusiyalı politoloqlardan biri ilə son söhbətim zamanı ona Xankəndində olub-qalan ermənilərin köçünün artıq başladğını və ermənilərin bu köçü saxlamaqda aciz qaldığını bildirdim. Və soruşdum ki, ermənilərin Xankəndini atıb qaçmasında kim günahkardır?" Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, ermənipərəst Rusiyalı politoloq adətinə uyğun olaraq yenə də geri çəkilməyib: "O da mənə ritorik sualla cavab verdi:- Bəs sənin xəbərin varmı ki, Azərbaycan Xankəndindən 30 il bundan əvvəl zorla qovulmuş 20 minə yaxın əhalini ilk növbədə geri qaytarmaq haqqında qərar qəbul edib və bu istiqamətdə ciddi hazırlıqlar gedir? 30 il bundan sayı 20 min olan azərbaycanlılar indi 60 mində artıqdır və onların Azərbaycan əsgərlərinin nəzarəti altında Xankəndində yerləşdirilməsi orada yaşayan ermənilər üçün nə demək olduğunu bilirsənmi? Rus politoloqunun dediyinə görə, ermənilər bu prosesin qarşısını almaq üçün dəridən-qabıqdan çıxsalar da, heç nəyə nail ola bilmirlər. 10 noyabr müqaviləsi ilə onların əl qolu çox möhkəm bağlanıb və Rusiya da bu məsələdə Azərbaycanla həmfikirdir. Xankəndindən qovulmuş azərbaycanlıların geri qayıtması qarabağ erməni klanının tabutuna vurulacaq sonuncu mıx olacaq".