Sahibə Qafarova TBMM sədri Mustafa Şentopa başsağlığı verib
Avqustun 13-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb
13 Avqust 2021 22:08 SiyasətAvqustun 13-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb.
Parlamentin sədri Türkiyənin Kastamonu, Sinop və Bartın bölgələrində sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılardan kədərləndiyini bildirib, qardaş Türkiyə xalqına, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara Allahdan şəfa diləklərini ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31