“Jirinovski kimiləri yerində oturtmağı ustalıqla edənlər az deyil” Deputat

“Rusiyada şovinistlikləriylə tanınanlar, SSRİ-nin dağılmasını hələ də həzm edə bilməyənlər, ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsini öz məğlubiyyətləri kimi dəyərləndirənlər, nəhayət haylara muzdla işləyənlər hamısı İsfəndiyar Vahabzadənin yumşaq desək, jirinovskiləməsini əllərində tutalqaya çevirərək dövlətimizin üstünə yeriyirlər”.

"Rusiyada şovinistlikləriylə tanınanlar, SSRİ-nin dağılmasını hələ də həzm edə bilməyənlər, ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsini öz məğlubiyyətləri kimi dəyərləndirənlər, nəhayət haylara muzdla işləyənlər hamısı İsfəndiyar Vahabzadənin yumşaq desək, jirinovskiləməsini əllərində tutalqaya çevirərək dövlətimizin üstünə yeriyirlər".

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  məsələ burasındadır ki, İsfəndiyar Vahabzadə həmən çevrələrin təqdim etməyə çalışdıqları kimi diplomat deyil, nə vaxtsa guya olub: "Guya sözünü niyə işlətdiyimi  az-çox savadı və informasiyası olan hər kəs yaxşı bilir. Və hamı da olmasa, bir çoxları onu da yaxşı bilir ki, Vahabzadənin Jirinovskiyə cavabı nə diplomat cavabıydı, nə dövlət maraqlarından, nə də milli təəssübkeşlikdən irəli gəlirdi. Bəzilərindən fərqli  olaraq "bu, bazar adamının cavabıydı" da demək istəmirəm. Çünki bazarlarda ruscası səlis olan, Jirinovski kimiləri yerində oturtmaq lazım gələndə bunu ustalıqla edənlər az deyil. Həm də onlar içlərində həqiqətən də milli təəssübkeşlik hissləri gəzdirirlər.  İsfəndiyar Vahabzadə də isə bu yoxdur. Hakimiyyətdən narazılıq,  qəzəb, öz yerini və həddini bilməmək var. Keçmiş səfirin  "dillər dastanı" çıxışında da hədəf Jirinovski, yaxud da rus xalqı deyildi. Hədəf,  davamlı və ardıcıl  şəkildə yol verdiyi nöqsanlara görə onu artıq təmsilçisi gözündə görmək istəməyən, zorən diplomatlığına son qoyan Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti idi. Vahabzadə Jirinovskiyə cavab vermirdi, pas ötürürdü, bir sözlə, az öncə vurğuladığım kimi  jirinovskiləyirdi. Açığı məni nə İsfəndiyar Vahabzadə kimi heç vaxt  yerində olmayan, indi də yerini bilməyən birinin hərəkəti, nə də Rusiyadakı bəlli çevrələrin ona reaksiyası təəccübləndirir. Məni təəccübləndirən  bu zorən diplomatı az qala qəhrəman edib göylərə qaldıran, onun hayların əlinə necə fürsət verdiyini anlamayan, Nemət Pənahlının, Rəhim Qazıyevin və digərlərinin  ötən əsrin axırlarındakı "dərs"lərindən hələ də nəticə çıxarmayanlardır. Bəylər, qəhrəman axtarırsınızsa,  gözlərinizi açın yaxşı-yaxşı baxın, onlar öz canları-qanları bahasına torpaqlarımızın işğalına son qoyanlardı,  hazırda əllərində silah Azərbaycan-Ermənistan sərhəddində, Qarabağda keşik, elə həm də təəssüb çəkənlərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31