"Mən 44 günlük müharibədən informasiyaları açıqlasam, aləm qarışacaq” - SENSASİON ETİRAF
11 Avqust 2021 07:01 Siyasət"44 günlük müharibəni araşdırmaq məqsədi ilə komissiyanın formalaşdırılmasını səbrsizliklə gözləyirəm. Müharibə ilə bağlı məndə olan ciddi informasiya barədə tez bir zamanda məlumat vermək istəyirəm".
"Ölkə.Az" xəbər verir ki, bunu hakim partiyadan olan deputat Eduard Aqacanyan parlamentdə bəyan edib.
O əminliklə bildirib ki, hüquq-mühafizə orqanlarının və istintaq komissiyasının fəaliyyətinin yekunu olaraq cəmiyyət istər indiki, istərsə də əvvəlki hakimiyyətin fəaliyyəti ilə bağlı suallara cavab tapacaq: "Bütün məsələlərə siyasi və hüquqi qiymət veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31