Türkiyənin istehsal etdiyi Pilotsuz Döyüş Təyyarələrinin uğurları (PUA) dünya mediasının gündəmindədir. 

Səlçuk Bayraktar tərəfindən hazırda istehsal mərhələsində olan yeni PUA, "Bayraktar TB3" haqqında ABŞ-ın məşhur "Defense News" saytı yazıb.

"Defense News"da qələmə alınan yazıda "Bayraktar TB3" -ün tətbiqi ilə Türkiyənin əhəmiyyətli bir gücə sahib olacağı vurğulanıb. Xəbərdə qeyd olunur ki, "Bayraktar TB3"-lə  Türkiyə dənizdə bir döyüş təyyarəsi filosu quracaq.

Bayraktar TB3 ABD medyasını salladı... "Türkiye önemli bir caydırıcı güce sahip olacak"

"TB3 -lər Türkiyənin ən əhəmiyyətli döyüş gəmisi layihələrindən biri olan TCG Anadolu ilə birlikdə çalışacaq. "Baykar" Texnalogiya şirkətinin müdiri Səlçuk Bayraktar, "TB3-lər əhəmiyyətli bir boşluğu dolduracaq" demişdi. "Bayraktar TB3" 2022-ci ildə istifadəyə veriləcək", - "Defense News" saytı yazlb.

Xəbərdə TB3 -lərin qanadlarının qatlana biləcəyi, 30-50 SİHA -nın gəmiyə yerləşdirilə biləcəyi, 1450 kiloqram ağırlığa malik PUA-nın uçuş müddətinin 24 saat olacağı bildirilib.

Avropa.info