AY partiya rəhbərliyi Şimali Kiprin Bakı təmsilçisi ilə görüşdü
Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) rəhbərliyi Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunmuş Mustafa Kamal Beyazbayramı ziyarət edib.
6 Avqust 2021 13:47 SiyasətAzərbaycan Yüksəliş Partiyasının (AY Partiya) rəhbərliyi Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunmuş Mustafa Kamal Beyazbayramı ziyarət edib.

Ada ölkəsinin Bakı təmsilçisinə fəaliyyətə başlamasında uğurlar arzulayan AY Partiyası rəhbərliyi Mustafa Kamal Beyazbayrama diplomatik fəaliyyətində uğurlar diləyib. Qonaqlar yeni təmsilçiyə partiyanın məram və məqsədləri barədə də məlumat veriblər.
Görüşdə Azərbaycanla Şimali Kipr arasında mövcud əlaqələr, bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.
Sonda AY Partiyası rəhbərliyi tərəfindən Mustafa Kamal Beyazbayrama xatirə hədiyyəsi təqdim edilib.