Ermənistan Müdafiə nazirinin hansı mülkiyyəti var? – O, “Audi” fanatıdır

Nikol Paşinyan tərəfindən Müdafiə naziri təyin edilən Arşak Karapetyan 2018- ci ilin sonunda 1 milyon dram və 7 min ABŞ dollarına sahib olduğunu elan edib.

Nikol Paşinyan tərəfindən Müdafiə naziri təyin edilən Arşak Karapetyan 2018- ci ilin sonunda 1 milyon dram və 7 min ABŞ dollarına sahib olduğunu elan edib.

Olaylar.az Ordu.az-a istinadən xəbər verir ki, Karapetyan hansı daşınmaz və ya daşınar əmlaka sahib olması barədə heç bir məlumat verməyib.

2018-ci vergi ilində o, 2 milyon 589 min dram gəlir əldə edib. Karapetyan 2018-ci ildə vəzifəni üzərinə götürərkən təqdim etdiyi bəyannamədə, həmçinin "Audi Q5" markalı avtomobili, bundan başqa, 2 torpaq sahəsini, torpaq sahəsində inşa edilmiş, iqtisadi tikililəri olan fərdi yaşayış evini və Kotayk vilayətində 1 bağ evini elan edib.

2019-cu ildə təqdim olunan illik bəyannamədən öyrənirik ki, Arşak Karapetyan vergi ilinin sonunda bank hesablarında 3 milyon 571 min dram və 89 avro, nağd pul olaraq isə 800 min dram və 7 min 200 dollar məbləğə sahib olub.

2019-cu ildə Arşak Karapetyan 10 milyon 523 min dram gəlir, üstəgəl 2 milyon 101 min dram da təqaüd alıb. 2020 -ci ildə Arşak Karapetyanın bank hesabları aşağıdakı görünüşə sahib olub: 923 min dram, üstəlik 136 min dram, 47 avro, 93 dollar, nağd vəsaitlər olaraq 800 min dram, 7 min 200 dollar.

2020-ci ildə Arşak Karapetyanın aldığı təqaüd 4 milyon 400 min dram olmaqla iki qat artıb və təqaüd istisna olmaqla illik gəlir 10 milyon 721 min dram olub.

Arşak Karapetyanın həyat yoldaşı Roza Karapetyan onunla əlaqəli şəxs kimi təqdim olunur. 2018- ci ildə Roza Karapetyanın bank hesablarında 9 milyon dram pul olub və 819 min dram gəlir əldə edib. Roza Karapetyanın 2019-cu il bəyannaməsindən öyrənirik ki, o, şəxsi evin, ümumi mülkiyyətlə ictimai əhəmiyyətli tikilinin, Kotayk vilayətinin Nor Qeği icmasında ümumi mülkiyyətlə 2 torpaq sahəsinin şəriksiz sahibidir.

Roza Karapetyanın bəyanatından öyrənirik ki, o da "Audi" fanatıdır və "Audi" markalı avtomobili elan edib. 2019-cu ilin sonunda Roza Karapetyanın 4 milyon 500 min dram nəğd pulu olub, "Elkomp" MMC-dən 819 min dram əmək haqqı və 576 min dram kirayə haqqı alıb. 2020-ci ildə demək olar ki, o, eyni bəyənnaməni təqdim edib, yalnız gəlir xəttində dəyişiklik var, 2020-ci ildə 912 min dram maaş alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31