Azərbaycandan nümayəndə heyəti bu səbəbdən İRANA YOLLANDI
Azərbaycanlı nümayəndə heyəti İrana gedib
5 Avqust 2021 11:59 SiyasətAzərbaycanlı nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.
Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter hesabında paylaşım edib.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxildir.
Səfir paylaşımında bildirib ki, qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31