Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb
Bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
2 Avqust 2021 18:57 SiyasətBu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.
Partiyanın yerli şöbəsindən verilən məlumata görə, İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimov YAP üzvlüyündən xaric edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31