Nizami Cəfərov: “Jirinovski Azərbaycan prezidentinin ayağının tozu belə ola bilməz!”

Rusiya Dövlət Dumasının  deputatı, Rusiya  Liberal  Demokrat  Partiyasının  sədri  Vladimir Jirinovskinin Azərbaycana dair növbəti  sərsəm  açıqlaması Azərbaycanın  millət vəkillərinin  sərt reaksiyası ilə qarşılanıb.

Millət vəkili Nizami Cəfərov Olaylar.az saytına bildirib ki, hər zaman olduğu kimi Rusiyada olan dırnaqarası dostumuz bir  açıqlama   verib. Və  bu açıqlama  hər  zaman  olduğu  kimi  təxribat  xarakterlidir. V. Jirinovski  Azərbaycanı hədələyərək nələrisə nail olmağa çalışır.  Ən qəribəsi də odur ki, Azərbaycandakı idarəçiliyi diktatorluq hesab  edir, amma özü  tam bir diktator mövqeyindən çıxış edir ki, "Cənubi Qafqaz 200 ildir bizim əsarətimiz altındadır. Bundan sonra da bizim əsarətimiz altında olacaq". Əlbəttə ki, bizim deyərkən kimi nəzərdə tutduğu çox maraqlıdır. Bunun özü heç bir mədəni, siyasi fikrə sığmayan bir məntiqdir".

Millət vəkili onu da qeyd edib ki:

" Dünyada bir çox proseslər gedir, elə hadisələr baş verir ki, onlara təbii və obyektiv təhlil vermək lazımdır. Amma bunun əvəzində Jirinovski özünü gic yerinə qoyur. Bu pravokatorların bir növ xüsusiyyətidir ki, özlərini gicliyə  qoymaqla  diktator düşüncəsini, diktator siyasətini yürütməyə  çalışırlar. Ona görə də bunun anlaşılan olması üçün qarşındakını diktator adlandırır.. Jirinovski əslində türkoloqdur və o bilməlidir ki, uzun əsrlər boyu Avrasiyada hakimiyyətdə türklər olublar. Yəqin ki bunu çox yaxşı bilir. Bəs burdan belə çıxmırmı ki, hər hansı bir türk dövləti, hər hansı bir  türk xalqı da təxminən Jirinovski kimi deməlidir ki, uzun müddət oradakı bütün xalqları  türklər  idarə edib və bu gün də  idarə etməlidirlər. Jirinovski ümumiyyətlə rus türkologiyasına , hansı ki onun nəhəng nümayəndələri var, hər zaman öz provoktorluğu ilə onlara çox böyük hörmətsizlik edir. O hər zaman nəhəng elmi bir əməkdaşlıq, xalqlar arasında yaxın münasibətlər yaradan və o münasibətləri pozulmağa qoymayan elmi şovinist bir elm kimi təqdim etməyə çalışıb. Həmişə cavabını alsa da , həyasız insan elədir ki,  ona nə qədər cavab versən də  o , heç birinə qulaq asmır, heç birini nəzərə almır.  Jirinovskinin Azərbaycanda gedən hadisələr, Azərbaycanın öz ərazi bütövlüyünü müdafiə etməsinə qarşı  bu cür kor-koranə çıxış etməsi,  əlbəttə bizdə çox böyük ikrah doğurur."

Nizami  Cəfərovun  fikrincə onun Azərbaycan prezidentinə çox ləyaqətsizcəsinə müraciət etməsi, onun səviyyəsini göstərir: " Azərbaycan prezidenti Azərbaycan xalqının son illərdəki  bütün arzularını, niyyətlərini, dünyada gedən proseslərə uyğun bir şəkildə  həyata keçirdi və bundan sonra da keçirməyə davam edəcəkdir.  Ümumiyyətlə İlham Əliyev siyasətlə məşğul olduğu ilk günlərdən onun düşüncəsi, fəaliyyəti bundan ibarət olub ki, Azərbaycan xalqı dünyanın müasir inkişaf etmiş xalqları ilə bir cərgədə addımlasın və bu addımlar da atılır.  Jirinovskiyə gəldikdə o , Azərbaycan prezidentinin ayağının tozu belə ola bilməz.  O , öz sərsəm , əbləh düşüncələri ilə öz siyasətini yürütməyə çalışır, təbii ki bu bir iş deyil və  onun peşəsi ancaq  bu cür sözlərlə mövcud olmaqdadır. Dünyada Jirinovski kimi siyasətçilər artıq çoxdan tarixin zibilliyindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31