Prezident İlham Əliyev Rüfət Yaqubovu “Şöhrət” ordeni ilə təltif etdi
14 İyul 2021 13:43 SiyasətPrezident İlham Əliyev R.S.Yaqubovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüfət Səttar oğlu Yaqubov "Şöhrət" ordeni ilə təltif edilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31