Deputat: “Azərbacan, Türkiyə və Pakistan əməkdaşlığı təkcə Qafqazla məhdudlaşmayıb”

“İyulun 12-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycanın dövlət başçısı  Cənab İlham Əliyevə zəngi rəsmi Bakının  təsirinin artıq Qafqazın sərhədlərini aşdığını göstərən yeni geosiyasi reallıqdan xəbər verir.

"İyulun 12-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycanın dövlət başçısı  Cənab İlham Əliyevə zəngi rəsmi Bakının  təsirinin artıq Qafqazın sərhədlərini aşdığını göstərən yeni geosiyasi reallıqdan xəbər verir.  Xatırladaq ki, telefon danışığıyla bağlı rəsmi bilgidə tərəflərin iki ölkə arasındakı  əlaqələrə toxunmaqla yanaşı, "Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət" ayırdıqları vurğulanır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  biz KTMT üzvü deyilik, fəqət buna baxmayaraq Tacikistan Prezidenti ölkəsinin "Əfqanıstanla həmsərhəd əyalətlərində yaranan həyəcanlı vəziyyət"lə bağlı cənab İlham Əliyevə ətraflı bilgi veirsə, demək, Azərbycanın oradakı proseslərə təsir imkanlarının olduğu düşüncəsindədir və dəstəyimizə ehtiyac duyur: "İzləyənlər bilirlər, mən Azərbaycanın bir dövlət olaraq  təsirinin artıq Qafqazın sərhədlərini aşdığını, bəlli güclərin özlərinin Qarabağ siyasətlərində  gec-tez bu reallığı da nəzərə almalı olduğunu demişdim. Və onu da bildirmişdim ki, Silahlı Qüvvələr Günüylə bağlı çıxışında cənab Prezident "Qardaş ölkələr - Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan" ifadəsini elə-belə işlətmirdi. Düzdür, burada savaşın ilk günündən hər üç dövlətin Azərbaycana dəstəklərindən bəhs edilirdi. Amma çox ehtimal ki, məhz bu üç dövlətin adının çəkilməsi həm də formalaşmaqda olan yeni geosiyasi konfiqurasiyada Azərbaycanın üçlüklə birgə hərəkət planlarının olduğunu göstərir.  Son zamanlar Türkiyə və Pakistanla hərbi-siyasi əməkdaşlıq müstəvisində aparılan intensiv danışıqlar da bunu təsdiqləyir. Yəni mən belə düşünürəm ki, Azərbacan, Türkiyə və Pakistan əməkdaşlığı təkcə Qafqazla məhdudlaşmayıb, Xəzərin o tayında, ilk növbədə də Əfqanıstanda da davam etdiriləcək. Və fikrimcə,  Azərbaycanın gələcəkdə  Əfqanıstandakı  qızılbaşlar, bəlkə, həm də  xəzərilərlə daha sıx işləmək perspektivi  yaranıb ki, bu, qardaş ölkədəki vəziyyətin normallaşmasında müsbət rol oynaya bilər. Orasını da deyim ki, qızılbaşlar azərbaycanlılardırlar, əsasən strateji əhəmiyyət daşıyan şəhərlərdə- paytaxt Kabildə, Qəznidə və Qəndaharda yaşayırlar,  əksər beynəlxalq ekspertlər sayalarnın yarım milyonu keçməməsinə baxmayaraq onların Əfqanıstanda ən savadlı etnik qrup olduqlarını, peşəkarlıqlarıyla fərqləndiklərini,  daha çox dövlət işlərində  çalışdıqlarını bildirirlər. Xəzərilər isə türk və tacik etnosunun qarışığından yaranan şiə toplumudur ki, onların da sayı  iki milyona yaxındır. Bu toplumun üzərində İranın təsirinin olması isə nə qərbdə arzuediləndir, nə də Əfqanısatana qonşu ölkələrdə. Hətta Tacikistan belə  Əfqanıstana yanaşmada  birgə əməkdaşlıqda İrandansa qardaş Türkiyəyə üstünlük verir. Bir sözlə, Pakistan Əfqanıstandakı puştun çoxluq, Türkiyənin özbəklər və türkmənlər üzərində təsirini nəzərə alsaq, Azərbaycan da qızılbaşlar və  xəzərilərlə fəal işləməklə bizə dost  olan bir dövlətdə nəhayət ki, sülhün yaranmasını təmin edə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31