Paşinyanın növbəti böyük səhvi
“Bu gün Ermənistanın başsız XİN- nin binasına Şuşanı ziyarət edən ölkələrin səfirləri çağırılmış, onlara nota verilmişdir.
14 İyul 2021 11:32 Siyasət"Bu gün Ermənistanın başsız XİN- nin binasına Şuşanı ziyarət edən ölkələrin səfirləri çağırılmış, onlara nota verilmişdir. Erməni tərəfi növbəti dəfə həyasızlıq nümayiş etdirərək Hadrutun və Şuşanın işğal edildiyini və oraya getməyin qəbuledilməz olduğunu bildirib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, Ermənistan XİN - nin bu addımı Paşinyanın adına yazılmalıdır. Bu addım Nikolun növbəti təlxəkliyidir. Hər kəs bilməlidir ki, 44 günlük müharibənin nəticələri təkcə Şərqi Zəngəzura deyil, həm də Qarabağa aiddir: "Sonda bildirim ki, Ermənistan həmişəki kimi publikada hay - küy salmaqla məşquldur. Azərbaycan isə, müharibəyə qədər olduğu kimi postmünaqişə dövründə də real işlər görməkdədir. Hazırda bütün dünya birliyi 44 günlük müharibənin nəticələrini qəbul edib və Xankəndi də daxil olmaqla bütün əraziləri Azərbaycanın tərkibində tanıyır. Avropa İttifaqının ən son bəyanatı da deyilənlərin nümunəsidir".