Casusluq edən ermənilərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.

Qeyd edək ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31