Politoloq: “Erməni cəmiyyətinin əksər hissəsi Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”

"Paşinyan hakimiyyətinin özü də Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu qeyd edib, çünki, Ermənistan hökumətinin başqa çıxış yolu yoxdur və digər tərəfdən də Paşinyan çox gözəl bilir ki, yeni layihələr Ermənistan iqtisadiyyatının yeganə çıxış yolu, yeganə doğru istiqaməti ola bilər. Sadəcə olaraq Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi məsələsinin interperetasiyanı bir qədər fərqli şəkildə qeyd edir və Paşinyan bunu dəhliz adlandırmır, daha çox nəqliyyat yolu kimi qeyd etməyin tərəfdarı olduğunu qeyd edir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə,  əslində isə, bu yolun nə adlandırılmasından asılı olmayaraq, bu, Cənabu Qafqazdakı yeni proseslər üçün çox vacib məqamlardan biridir. Eyni zamanda Ermənistan rəhbərliyi Zəngəzur dəhlizindən əlavə həm də Azərbaycana tez bir zamanda delimitasiya və demarkasiya razılığı verməlidir və bu məsələ olduqca vacib amildir, hansıki gələcəkdə sərhəddəki mümkün münaqişələr və təxribatların qarşısının alınması üçün bu çox önəmlidir: "Hər bir halda vəziyyət birmənalı şəkildə Azərbaycanın lehinədir və indiki məqamda bizim qarşımıza qoyduğumuz məqsədlər yerinə yetirilir. Bu məqsədlər sırasında Ermənistandakı seçkilərdən sonra Paşinyanın reallaşdırmalı olduğu bir neçə şərt vardır ki, indiki məqamda biz o şərtlərin yerinə yetirilməsinin, daha sonra isə artıq Zəngəzur dəhlizinin açılmasının şahidi ola bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31