Azərbaycan XİN İraqa başsağlığı verdi
13 İyul 2021 11:41 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraq hökumətinə başsağlığı verib."Olaylar"ın xəbərinə görə, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib. "İraqın Nasiriyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq", - deyə qeyd olunub.
Xatırladaq ki, İraqda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib. Hadisə nəticəsində 58 adam ölüb, xeyli sayda adam xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31