Şuşadan imtina edən üç səfirin hədəfi Şuşa bəyannaməsidir...

"ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etməsi bölgədə postqarabağ sabitliyini silkələyən hadisədir. Bu fakt üç həmsədr ölkənin müharibədən sonrakı reallıqları tam qəbul etmədiklərinin ifadəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Aydın Quliyevin sözlərinə görə,  Fransa və ABŞ yeni reallıqlarla barışmadığını daha öncə açıq deyiblər, lakin bu dəfə Rusiya səfirinin onlarla bir sırada dayanmasının başqa anlamı var.Rusiya fornal olaraq  həmsədrlik institutunun fəaliyyətini davam etdirməsində guya maraqlı olduğunu göstərir, eyni zamanda ermənilərin keçmiş "DQMV" hüdudlarında bir ərazi vahidinin bərpasına olan ümidlərini tam məhv etmək istəmir. Axı Şuşa da bu hüdudlarda təsəvvür edilir: "Başqa  daha bir ciddi motiv odur ki, üç ölkənin səfirləri bu hərəkətləri ilə iyunun 15-də imzalanmış Şuşa bəyannaməsini qəbul etmədiklərini nümayiş etdirirlər.ABŞ, Fransa və Rusiya səfirlərinin bu addımı təsadüfən üst-üstə düşən kimi qəbul edilə bilməz.Əksinə , onların  bu addımlarını öncədən sıx kordinasiya etdiklərinə şübhə yoxdur. Şuşaya getməyən üç səfir əslində Şuşa bəyannaməsinə qarşı getdilər. Burada Türkiyə amilinin əsas qıcıqlandırıcı amil olmasına da heç şübhə edilməməlidir. Azərbaycanın daha sərt rəsmi reaksiyası üçün hər cür əsaslar var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31