Ərdoğan Mahmud Abbas ilə görüşüb

Olaylar.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin Dövlət Başçısı Mahmud Abbası Vahdettin Köşkündə qəbul edib. Prezident Ərdoğan ilə Fələstin Prezidenti Abbas arasındakı görüşdə, Türkiyə-Fələstin əlaqələrini gücləndirəcək addımlar və regional inkişaflar müzakirə edilib. 

Abbasla görüşü zamanı İsrailin Fələstindəki vəhşilikləri barədə susmadıqlarını və susmayacaqlarını vurğulayan Ərdoğan, İsrailin işğalı və ilhaq siyasətləri davam etdiyi müddətcə bölgədə daimi sülh və sabitlik yaratmaq mümkün olmayacağını bildirdi.

Prezident Ərdoğan, Fələstinlə iqtisadiyyat və ticarətdən mədəniyyət, təhsil və turizmə qədər hər sahədə ikitərəfli münasibətlərin pozitiv gedişindən məmnun olduğunu dilə gətirdi.

İlk olaraq Üsküdardakı Vahdettin Köşkündə təkbətək keçirilən görüş 1 saat 15 dəqiqə davam edib. Daha sonra nümayəndə heyətləri arasında görüş başlayıb və bu  görüş 1 saat 10 dəqiqə davam edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezidentin Kommunikasiya Direktoru Fahrettin Altun, Prezidentin Mətbuat Katibi İbrahim Kalın və MİT Başçısı Hakan Fidan da görüşdə iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31