ABŞ və Fransa nazirləri birgə hərəkata dair saziş imzaladılar

ABŞ-ın müdafiə naziri Lloyd Austin ilə Fransanın müdafiə naziri Florens Parli (Florence Parly) Pentaqonda (ABŞ Müdafiə Nazirliyi) bir araya gələrək  ABŞ-Fransa Xüsusi Təyinatlıların Birgə Hərəkatına dair Əməkdaşlıq Sazişi və Yol Xəritəsinə imza atıblar. Mərasimdən sonra ABŞ Müdafiə Nazirliyindən verilən yazılı məlumatda bildirilib: "ABŞ müdafiə naziri Lloyd Austin hökumətlərimiz və ordularımız arasındakı dərin əməkdaşlığı təkrarlamaq üzrə Pentaqonda Fransa müdafiə naziri Florens Parli ilə bir araya gəldi. Görüşdə Orta Şərq və Afrikada iki ölkə arasındakı əməkdaşlıq məsələləri müzakirə olundu. L.Austin nəzərdən keçirilən strateji mövzularda Fransa və digər NATO müttəfiqləri ilə məsləhətləşmələri   davam etməyi qərara aldı. Nazirlər görüşlərini  ABŞ -Fransa Xüsusi Təyinatlıların Birgə Hərəkatına dair Əməkdaşlığı İnkişaf etdirmək  üçün Yol Xəritəsini imzamaqla bitirdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31