Deputat: “Nə qədər ki gec deyil, Əfqanıstandakı sülhməramlılarımızı ordan çıxaraq”
9 İyul 2021 12:24 SiyasətMilli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycanın Əfqanıstanda səfirlik açmaq məsələsinə toxunub. "Olaylar"xəbər verir ki, deputat bunun çox riskli məsələ olduğunu vurğulayıb: "Ancaq Azərbaycan hökumətinin bu məsələ ilə bağlı qərarı varsa, buna hörmətlə yanaşırıq".
Deputat Azərbaycanın Əfqanıstanda 120 nəfərlik sülhməramlı kontingentinin olduğunu da qeyd edib: "Bildiyimiz kimi, bir çox ölkələr hərbi qüvvələrini Əfqanıstandan çıxarır. Nə qədər ki gec deyil, biz oradakı kontingentimizi çıxarmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31