Dövlət başçısının Fərmanı həm də geosiyasi mahiyyətlidir
8 İyul 2021 12:45 Siyasət"Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanı heç şübhəsiz ki, günün reallığından doğan bir addımdır, amma strateji hədəflidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, strateji hədəfli deyərkən təkcə iqtisadiyyatı nəzərdə tutulmur: "Fikrimcə, bu Fərmanla regionlarda indikindən fərqli, bir tərəfdən daha təmərküzləşmiş, digər tərəfdən isə bələdiyyələrin rolunun qat-qat artacağı yeni bir idarəçiliyin himi qoyulur. Detallara varmadan deyim ki, Fərman həm də geosiyasi mahiyyətlidir, ikinci Qarabağ savaşının meydana çıxardığı üstünlüyün daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir. Qarabağ İqtisadi rayonunun yaradılması o deməkdir ki, bolşeviklərin "kəşf"i olan Dağlıq Qarabağ anlayışı tarixin əbədi zibilliyinə atılır. Şərqi Zəngəzur iqtisadi rayonunun niyə yaradıldığı və nə anlam daşıdığı isə heç kəsə sirr olmasın gərək. Sonda onu da deyim ki, mənə görə, Fərmanın məhz bu gün imzalanması da təsadüfi deyil. Hər kəs anlamalıdır ki, Ermənistanda kimin nə yaratmasından, ona nə vəd edilməsindən asılı olmayaraq regionda proseslər məhz beynəlxalq normalar çərçivəsində, Azərbaycanın maraqlarına uyğun şəkildə getməlidir, inşallah gedəcək də!"