KTMT-dan ermənilərə növbəti zərbə

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( Rusca - ODKB) Baş Katibi Stanislav Zasın jurnalistlər qarşısında çıxışı zamanı verdiyi bəyanat ermənilərin hiddətinə səbəb olub və onların bu təşkilata bağladıqları ümidlərini puça çıxarıb". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, bununla erməni revanşistlərinin Rusiya və digər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin münaqişəyə müdaxilə etməsi istiqamətindəki cəhdləri cavabsız qalıb: "Zas bu bəyanatı ilə bildirib ki, Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələr "sərhədyanı" insidentlərdir və bu insidentlər KTMT-nin nizamnaməsindəki  kollektiv müdafiə haqqında maddə ilə üst-üstə düşmür. " Birmənalı şəkildə başa düşmək lazımdır ki, KTMT-nın qüvvəsi ancaq aqressiya,  üzvlərdən birinə hücum zamanı işə düşür. Burada isə (Azərbaycan-Ermənistan sərhədində) biz sərhəd hadisəsi ilə üz-üzəyik. Şükür olsun ki, tələfat və atışma mövcud deyil. Bu iki ölkənin sərhədində baş verən hadisədir. Onu aradan qaldırmaq lazımdır və biz sülh yolu ilə aradan qaldırmağın tərəfdarıyıq"- deyə Zas bildirib. Baş Katibin qiymətləndirməsinə görə münaqişənin böyüməsi müşahidə olunmur. " Prinsip etibarı ilə vəziyyətin gərginləşməsi haqqında məlumatlar eşidilmir. Nəticə artıq göz qabağındadır. İnsanlar tələf olmur. Qarşıda sərhədlərlə bağlı çoxlu işlər durur, mübahisəli məsələlər var. Amma onları danışıqlar masası arxasında həll etmək lazımdır."

Onun sözlərinə görə, KTMT Baş Katibinin bu bəyanatı Ermənistanda şok effekti yaratdı. Onlar tamam başqa münasibət və bəyanat  gözlədikləri halda bu bəyanatla qarşı-qarşıya qaldılar: "Amma təkcə Paşinyan və onun tərəfdarları bu və ya buna bənzər münasibəti gözləyirdilər. Çünki Rusiya Ermənistandakı iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra yeni hökumətin formalaşdırılması zamanı öz təsir mexanizmlərini işə salmalı idi. Digər tərəfdən, hələ seçkilərdən öncə Paşinyanın Fransaya səfəri və orada Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını hədəf götürən bəyanatlar səsləndirməsi cavabsısz qala bilməzdi. Mütəxəssisləri Stanislav Zasın qeyd olunan bəyanatının nə üçün bu qədər gec səslənməsi haqqında müxtəlif fikirlər irəli sürürlər. Çünki, sərhəddə baş verən hadisələrdən artıq yetərincə zaman keçib. Bunu bir çoxları təşkilat arasında Ermənistanla münasibətdə yekdil rəyin olmaması ilə əlaqələndirirlər. Amma düşünürəm ki, əgər Zasın bu bəyanatına münasibət birmənalı olmasaydı onu səsləndirməzdilər. Deməli, KTMT-da Ermənistanın təxribatlar arxasında gizlənən məqsədindən xəbərdardırlar. Onlar Azərbaycan tərəfinin mövqeyini də öyrənməyi vacib sayıblar. Bu mövqe ermənilərin əsil simasını bir daha ortaya qoyub. Stanislav Zasın KTMT-nin üzv ölkələrinin mövqeyini ifadə edən  bəyanatı Ermənistan-Rusiya münasibətlərinin gələcək inkişafına hansı təsir göstərəcəyi yaxın günlərdə məlum olacaq. İndi isə diqqət iyulun 7-də Moskvada keçiriləcək Putin - Paşinyan görüşünə yönəlib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31