Paşinyanın Rusiyaya səfəri Ermənistana nə vəd edir?
Ermənistan Baş Nazir Səlahiyyətlərini icra edən Nikol Paşinyanın iyulun 7-də Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfərə gedəcəyi və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi haqqında məlumatlar həm Ermənistan, həm də Rusiya tərəfindən təsdiqini tapıb.
7 İyul 2021 10:53 SiyasətErmənistan Baş Nazir Səlahiyyətlərini icra edən Nikol Paşinyanın iyulun 7-də Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfərə gedəcəyi və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi haqqında məlumatlar həm Ermənistan, həm də Rusiya tərəfindən təsdiqini tapıb.Rəsmi məlumatlara görə onlar Ermənistanla Rusiya arasında strateji əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşdə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində inzalanmış üçtərəfli bəyanatların maddələrinin yerinə yetirilməsi məsələsinin, Qarabağda yaşayan ermənilərə humanitar yardımıın çatdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması məsələlərinin də müzakirə edəcəyi gözlənilir. Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirib ki, Paşinyanın bu qəfil səfəri ilə bağlı bəzi suallar meydana gəlir. Bu suallara cavab tapılan zaman rəsmi informasiyanın tam əksi olan bir mənzərənin şahidi oluruq: "Putinlə görüşün təşəbbüskarı kim olub? Rusiya Prezidenti, yoxsa Ermənistan Baş Nazir səlahiyyətlərinin icraçısı? Nikol Paşinyan indi ciddi-cəhdlə yeni hökumətin qurulması məsələsi ilə məşğuldur və üçtərəfli bəyanatlardan irəli gələn məsələlrin həyata keçirilməsini müzakirə etməyin zamanı hələ çatmayıb. Hökumət tam fəaliyyətə başladıqdan və Paşinyan yenidən Baş Nazir kimi təsdiq olunandan sonra bu məsələlər istənilən halda müzakirə olunacaq və ciddi qarşıdurma yaradan problemlərin aradan qaldırılmasına səy göstəriləcək. Deməli, Moskva Erənistan nümayəndəsinin bu səfəri Paşinyanın deyil Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ortaya çıxıb və orada heç də səfər haqqında rəsmi məlumatlarda vurğulandığı kimi üçtərəfli bəyanatlardan irəli gələn məsələlər həyata keçirilməsi deyil, Ermənistanda yeni hökumətin qurulması ilə bağlı məsələlər müzakirə olunacaq. Yəni, Rusiya öz tərəfdarlarının Ermənistanda qurulacaq yeni hökumətdə görmək üçün fəaliyyətə başlayıb. Rusiyanın tərəfdarlarının isə eks prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın olması hamıya məlumdur.
Rusiya yenidən Qarabağ erməni klanından olan müttəfiqləri Robert Köçəryan və Serj Sarqsyanın yardımına tələsir. Axı bu iki keçmiş prezident seçkiyə hazırlıq mərhələsində ciddi-cəhdlə çalışmalarına və Rusiyadan aldıqları informasiya və digər dəstəklərə baxmayaraq özləri və həm də Rusiya üçün istənilən nəticəni əldə edə bilmədilər. Rusiya növbədənkənar parlament seçkilərində minimum vəzifəni həyata keçirməyə nail olmadı. Qarşıda isə Kğçəryan və Sarqsyanı, eləcə də seçki zamanı destruktiv rol oynamış Qarabağ erməni klanınının digər tanınmış nümayəndələrini Paşinyanın tərəfindən törədiləcək vendettanın gözlədiyini hamı bilir. Rusiyanı isə indiki şəraitdə Robert Köçəryan və Serj Sarqsyanın siyasi səhnədən uzaqlaşdırılması və bununla da Ermənistanın bütünlüklə Sorosçuların ixtiyarına verilməsi perspektivi heç də qane etmir. Məhz buna görə də Paşinyan tələsik Moskvaya çağırılıb. Orada isə Baş Nazir səlahiyyətlərinin icraçısını Putinlə çox ağır və uzun bi söhbət gözləyir. KTMT-nin Baş Katibi Stanislav Zasın bu günlərdəki məlum bəyanatı Rusiyanın Ermənistana təsir mexanizminin artıq hərəkətə gətirilldidyindən xəbər vermirmi?"