Mixail Muraşko Azərbaycanda səfərdədir
6 İyul 2021 11:08 SiyasətRusiyanın səhiyyə naziri Mixail Muraşko bu gün Azərbaycana səfərə gəlib.
Olaylar.az xəbər verir ki, o, Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Nazir Bakıda Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Səfər zamanı Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması planlaşdırılır. metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31