ATƏT sədri Azərbaycanla Ermənistan arasındakı mübadiləni alqışlayıb

ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde Azərbaycan ilə Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb.

ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde Azərbaycan ilə Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb. A.Linde tviter hesabında bununla bağlı paylaşım edib. "Olaylar" xəbər verir ki, paylaşımda deyilir: "Saxlanılmış daha 15 erməninin Azərbaycan tərəfindən buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsini alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümidvaram ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi ilə daha çox etimadın yaradılması davamlı həllə yol aça bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31