Ermənistanın mina xəritələrini təqdim etməsi Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir - Piter Teys
3 İyul 2021 23:50 SiyasətErmənistanın Azərbaycanın minalanmış ərazilərinin növbəti xəritələrini təqdim etməsi Prezident İlham Əliyevin apardığı uzaqgörən xarici siyasətin və Azərbaycan hökumətinin fəaliyyətinin nəticəsidir.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
P.Teys qeyd edib ki, Ermənistan rejimi tərəfindən minalanmış ərazilərin xəritələrinin nəşri yeddi ay əvvəl, Azərbaycanın ikinci Qarabağ müharibəsindəki şanlı qələbəsindən sonra baş verməli idi:
"İndi Qarabağ sürətlə Avropada və Asiyada sənaye və nəqliyyat mərkəzinə çevrildiyi zaman Cənubi Qafqazı parlaq bir gələcək gözləyir".
Ekspert əlavə edib ki, Azərbaycan siyasət, təhlükəsizlik və iqtisadiyyat sahələrində çoxtərəfli Avrasiya təşkilatlarının əsas tərəfdaşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31