Mərkəzi Asiya-Cənubi Qafqaz platformasının yaradılması təklif edilir

Qırğızıstan Mərkəzi Asiya-Cənubi Qafqaz regionlararası platformasının yaradılmasını təklif edir.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev azərbaycanlı həmkarı ilə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının vaxtı çatıb:

"Biz yaxın perspektivdə 5+3 formatında Mərkəzi Asiya-Cənubi Qafqaz regionlararası platformasının yaradılmasını təklif edirik. Biz, həmçinin Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında müasir münasibətlərin əsasını beynəlxalq miqyasda görkəmli şəxsiyyət, müasir Azərbaycanın qurucusu Heydər Əliyev qoyub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31