Azad edilmiş ərazilərdə təkcə bərpa üçün deyil, həm də dayanıqlı inkişaf üçün işləməliyik - Mikayıl Cabbarov
30 İyun 2021 12:12 Siyasət"Qarabağ Dirçəliş Fondu"nun fəaliyyəti daimi olmalıdır və biz təkcə bərpa üçün deyil, həm də dayanıqlı inkişaf, o cümlədən yaşıl infrastruktur və "ağıllı kənd"lər üzərində işləməliyik.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Karabakh.Center" layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan xalqı müharibə dövrünün sınaqlarının öhdəsindən uğurla gəldi və birlik nümunəsi göstərdi, nəticədə isə bütün Azərbaycan 30 ildən çox davam etmiş işğala qarşı müharibədə qələbənin şahidi oldu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31