Ermənilərin Qarabağda törətdiyi dağıntıların miqyası digər fəsadlarla müqayisə oluna bilməz - Mikayıl Cabbarov
30 İyun 2021 11:58 SiyasətDünya ictimaiyyəti müharibə nəticəsində yaranmış fəsadlarla dəfələrlə üzləşib, amma Ermənistanın törətdiyi dağıntıların miqyası bunlaral müqayisə olunmur.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Karabakh.Center" layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Leninqrad və Hirosima şəhərləri dağıntılara məruz qalıb, amma ermənilərin Qarabağ torpağında törətdiyi dağıntıların miqyası bu nümunələrlə müqayisə oluna bilməz:
"Azərbaycan Prezidentinin rəhbərliyi altında Qarabağda bərpa və reskonstruksiya işləri sürətlə davam edir. Tezliklə biz bu torpaqların çiçəklənməsinin şahidi olacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31