Qarabağ erməniləri nə fikirləşir?

"İrəvandakı "Open Armenia" qeyri-hökumət təşkilatları koalisiyası (forum) Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə rəy sorğusu keçirib. Anonim keçirilən sorğuda respondentlərin 64 faizi yaşadıqları məkanı tərk edərək mühacirət etmək arzusunda olduqlarını deyiblər. Rusiyaya getmək istəyənlərin sayı 32 faiz olub. Sonrakı yerlərdə ABŞ (25 faiz), Kanada (17 faiz), Qazaxıstan (12 faiz), Ukrayna (4 faiz) və Fransa (3 faiz) olub". "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən politoloq Zaur Məmmədovun sözlərinə görə,  rəyi soruşulanların 86 faizi maddi-sosial durumlarının çox pis, 91 faizi psixoloji vəziyyətlərinin qənatbəxş olmadıqlarını vurğulayıblar: "Qarabağın statusu necə olacaq?" sualına rəyi soruşulanların 64 faizi "bilmirəm", 22 faizi "hər şey artıq həll olunub" deyiblər. Maraqlıdır ki, respondentlərin 43 faizi Rusiyanı "qarabağlı ermənilərin dostu və müttəfiqi" hesab etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31