Ermənilər Tovuz istiqamətində atəşi pozub - Rəsmi açıqlama
28 İyun 2021 09:35 Siyasətİyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31