Vətən müharibəsinin nəticəsi: “Azərbaycan dünya liderliyinə doğru gedir” – Partiya sədri

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə işğala son qoymaqla yanaşı, həm də bölgədə, o cümlədən dünyada yeni reallıqlar yaratdı.

Artıq Azərbaycanla heç bir güc təhdid dili ilə danışa bilmir, normal münasibətlər qurmaqda maraqlı tərəf kimi çıxış edirlər. Bölgənin düzəni dəyişdi, Azərbaycan Qafqazın söz sahibinə çevrildi. Eyni zamanda, Azərbaycanın qələbəsi dünya üçün də əhəmiyyətli olan nəqliyyat dəhlizlərinin açılmasını, meqalayihələrinin icrasının mümkünlüyünü təmin etdi.

44 günlük müharibənin məntiqi nəticəsi olaraq bölgədə yeni imkanlar yarandı, 30 illik erməni işğalına son qoyuldu. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim oldu. Artıq Azərbaycan ərazisi bütöv olan bölgənin ən güclü dövlətidir.

Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz Cebhe.info-ya açıqlamasında deyib ki, 44 günlük müharibənin nəticəsi olaraq dünya liderliyinə doğru gedir:

"Çoxları bu məsələni heç dilə gətirmir. 44 günlük müharibə dünyanın geosiyasi durumunu, Qafqazda olan qüvvələr nisbətini dəyişdi. Qafqazda olan vəziyyət yaxın zamanlarda Türkmənistana, Əfqanıstana keçəcək ki, artıq bunun simtonlarını görürük. Gedikcə bu proses böyüyəcək. Dünya düzəni dəyişir artıq. Azərbaycana dırnaqarası baxanlar bu gün Azərbaycanı Qafqazın lider dövləti kimi görürlər. Bütün bunlar 44 günlük müharibənin nəticəsidir. Ordumuzun gördüyü işdir. 44 günlük müharibəyə görə Türkiyə dünya liderliyinə çıxıb.

Azərbaycan da Türkiyənin arxasınca dünya liderliyinə çıxacaq. Bəzi qonşu ölkələrin Azərbaycana hücum edib zəpt etmək düşüncəsi var idi ki, 44 günlük müharibədən sonra onlar da fikrindən daşındılar. Azərbaycanla normal qonşuluq münasibətlərini saxlamağa məcbur oldular".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31