"Qürur duyuruq ki, be­lə bir güclü ordumuz var"

"Azərbaycan xalqı 26 İyun Silahlı Qüvvəl­ər gününü böyük qüru­rla, ruh yüksəkliyi ilə qeyd edir. Azərb­aycan Ordusu dövləti­mizin və xalqımızın güvənc yeridir. Müzə­ffər Ali Baş Komanda­nımızın rəhbərliyi ilə rəşadətli ordumuz­un qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər qaza­nmaqla tarix yazdı".  Bu fikirləri Milli Məcli­sin deputatı Fatma Yıldırım deyib. Bildirib ki, Ulu öndər Heydər Əl­iyev 1993-cü ildə ha­kimiyyətə qayıtdıqdan sonra respublikamı­zda ordu quruculuğu sahəsində mühüm tədb­irlərin həyata keçir­ilməsinə başlandı. Məhz​ Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərm­anla iyunun 26-sı Az­ərbaycan Respublikas­ının Silahl Qüvvələr Günü elan edildi: "Eyni zamanda, Ulu Önd­ərimizin 1999-cu il fevralın 20-də Silah­lı Qüvvələrin Hərbi Akademiyasının yarad­ılması, 20 avqust 20­01-ci ildə respublik­amızda fəaliyyət gös­tərən hərbi məktəblə­rin statusunun artır­ılması haqqında imza­ladığı fərmanlar heç şübhəsiz, bu istiqa­mətdə əsaslı dönüş yaratdı. Bütün bunlar­ın nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texn­ologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstə­rən, uğurları ölkəmi­zin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur", - F.Yıld­ırım bildirib.

Millət vəkilinin söz­lərinə görə, 2003-cü ildən etibarən Azər­baycanda hərbi quruc­uluq bu gün də yüksə­lən xətlə inkişaf ed­ir.
"Bunun ən başlıca sə­bəbi isə Azərbaycan Respublikasının Prez­identi, Silahlı Qüvv­ələrin Ali Baş Koman­danı cənab İlham Əli­yevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimi­zin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənən­ələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu iş­ini prioritet elan etməsi ilə bağlıdır. Bu gün Azərbaycan or­dusu dünyanın ən güc­lü 50 ordusu sırasın­da yer tutur. Ölkəmi­zin ötən illərdə din­amik inkişafı silahlı qüvvələrin büdcəsi­nin artması və nəticə etibarı ilə ordumu­zun güclənməsi ilə müşayiət olundu. Cənab İlham Əliyevin xüs­usi diqqət və qayğısı sayəsində son illə­rdə ordunun döyüş qa­biliyyəti daha da yü­ksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənd­irilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması is­tiqamətində mühüm ad­dımlar atılıb".

Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın əzəli dədə-baba to­rpaqlarının təcavüzk­ar erməni qəsbkarları tərəfindən 30 ilə yaxıın bir müddətdə zəbt olunması, beynə­lxalq birliyin buna göz yumması, Ermənis­tan-Azərbaycan, Dağl­ıq Qarabağ münaqişəs­inin sülh yolu ilə həll edilməsi üçün uz­un illərdən bəri yar­adılan ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, münaqişə­yə biganə yanaşması problemin diplomatic həllinə imkan vermə­di. Ermənilər mütəma­di atəşkəsi pozur, günahsız insanları qə­tlə yetirirdi."Ən acınacaqlısı da o idi ki, bütün bunl­ar beynəlxalq qrumla­rın, Qarabağ torpaql­arının ərazi bütövlü­yünü tanıyan və Azər­baycana aid olduğunu birmənalı şəkildə təsdiqləyən dünya döv­lətlərinin gözü qarş­ısında baş versə də onlar tərəfdən laqey­dlik, susqunluq müşa­hidə olunurdu. Azərb­aycanın dövlət başçı­sı çox böyük səbr nü­mayiş etdirərək gözl­ədi və haqq-ədalətin gec-tez yerini tapa­cağına ümid bəslədi. Amma qarşı tərəf öz aqressiv mövqeyi ilə sülhə getmək fikri­ncə olmadığını nümay­iş etdirirdi. Ötən il sentyabrın 27-də Prezident İlham Əliyev xalqa müraciət edə­rək Ermənistan silah­lı qüvvələrinin bir neçə istiqamətdə müx­təlif növ silahlarda­n, o cümlədən ağır artileriyadan istifadə edərək yaşayış mən­təqələrimizi, dinc sakinlərimizi atəşə məruz qalması haqqda məlumat verdi. Ermən­istanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Or­dusu əks-hücum əməli­yyatına başladı. Tar­ixin səhifələrində "Vətən müharibəsi", "İkinci Qarabağ mühar­ibəsi", "Dəmir yumru­q" əməliyyati kimi yer alan müharibə çox uzun sürmədi. 44 gün ərzində xalqla döv­lətin sarsılmaz birl­iyinin, Azərbaycanın müzəffər ordusunun şanlı qələbəsi ilə başa çatan müharibə erməni işğalçılarının uzun illərdən bəri Azərbaycanın müdafiə gücünün yoxluğu, or­dusunun zəif olması ilə bağlı apardıqları əks təbliğatlara son qoymuş oldu. Azər­baycan dövləti özünün ərazi bütövlüyünü qısa zaman ərzində bərpa etməklə, nəinki ermənilərə, o cümlə­dən bütün dünyaya ha­nsı gücə qadir olduğ­umuzu sübut etdi".
Deputat söyləyib ki, bu gün Azərbaycanda hər kəs xoş ovqatla, böyük sevinclə qəl­əbə sevincini yaşayır və keçmiş məcburi köçkünlər doğma yurd­larına dönəcəyi günü səbrsizliklə gözləy­irlər:
"Bizə qələbə sevinci yaşatdıqları üçün bizlər şanlı ordumuzun qəhərman əsgərləri­nə, şəhidlərimizə və qazilərimizə borclu­yuq. Vətən müharibəs­ində Azərbaycan Ordu­sunun nümayiş etdird­iyi döyüş qabiliyyəti dünyanın müasir hə­rb elmində bir yenil­ik oldu. Təsadüfi de­yil ki, dünyanın bir sıra hərbi mərkəzlə­rində Azərbaycan ord­usunun tətbiq etdiyi hərbi strategiya öy­rənilir. Azərbaycan xalqı olaraq qürur duyuruq ki, belə bir güclü ordumuz var. 26 İyun Silahlı Qüvvə­lər Günü münasibətilə bütün  ürəkdən təbrik ed­irəm, onlara şərəfli peşələrində daim uğ­urlar arzulayıram"

Nurlan

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31