Sabah Türkiyədə TARİXİ GÜNDÜR - Dünyanın diqqəti Ərdoğanda olacaq

Sabah Türkiyə üçün önəmli gündür.

NTV televiziyası  xəbər verir ki, sabah "Kanal İstanbul" layihəsinin təməli atılacaq. Təməlatma mərasimində prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Məlumata görə, ilk olaraq layihədə yer alan körpünün təməli atılacaq. "Kanal İstanbul" layihəsinin inşaasının 6 ilə başa çatacağı gözlənilir.

Qeyd edək ki, qərb ölkələri və yerli müxalifət layihəsinin icrasına qarşı çıxır. Lakin prezident Rəcəb Tayyib Ərdoğanın qəti mövqeyi sayəsində layihə icra edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31