Ermənilər anlamalıdırlar ki, onların da xilaskarı İlham Əliyevdir- TƏHLİL

Sahib Alıyev: “Bunu nə qədər tez anlasalar, bir o qədər özləri  üçün əlverişli olacaq”

Sahib Alıyev: "Bunu nə qədər tez anlasalar, bir o qədər özləri  üçün əlverişli olacaq"

Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi çox qısa zamanda dünya ölkələri arasında geniş reaksiya və əks-səda doğurub. Artıq beynəlxalq araşdırma mərkəzləri tərəfindən sözügedən bəyənnamənin detalları təhlil edilir, onun Azərbaycan, Türliyə, Cənibu Qafqaz və ümumiyətlə regiona və beynəlxalq aləmə təsir imkanları araşdırılır. Millət vəkili Sahib Alıyev bildirib ki, Azərbayan və Türkiyə bu sənədlə  münaqişə ocaqları yaratmaq və yaxud da onları qoruyub saxlamaqdan təzyiq aləti kimi istifadə edənlərə belə bir siyasətin bizim  regionda  artıq işə keçməyəcəyini ortaya qoydular. Göstərdilər ki, Qarabağda proseslər ancaq və ancaq həmən torpaqların aid olduğu dövlətin maraqları  çərçivəsində getməlidir, arxasında kimlərin durmasından asılı olmayaraq əks yöndə edilən bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq: "Həmən Bəyannamənin əsas geosyasi mahiyyəti məhz bundan ibarətdir. Verilən reaksiyalardan, özəlliklə də yaradılması nəzrədə tutulmayan  hərbi bazalar  mövzusu ətrafında  qaldırılan səs-küy və möhtəkirlikdən də  görünür ki, bəzi çevrələri  qıcıqlandıran da elə budur. Bu həmən çevrələrdir ki,  Qarabağ münaqişəsi nəticəsində maddi və  siyasi kapital toplamış Köçəryan kimi qaniçəni yenidən hakimiyyətə itələyirdilər, alınmadı. Alınmamasının səbəbləri çoxdur, amma əsas səbəb, detallara varmadan deyim ki,  Şuşa Bəyannaməsidir. Unutmamalıyıq ki, forpostdakı bütün seçkilər  kimi iyunun 20-dəki seçki də siyasidən çox  geosiyasi mahiyyətliydi. Və məhz bu Bəyannamənin varlığı  Köçəryana verilən dəstəyi ikinci Qarabağ savaşında sərgilənən  "neytrallıq" çərçivəsində saxladı, Ermənistada seçki prosesi  yumşaq ssenari üzrə getdi, pisin pisinin yox, pisin yaxşısının seçilməsinə şərait  yaradıldı".

Millət vəkili qeyd edib ki,  bu seçkidə mandat qazanan  bloklardan heç birinə verilən səslər dəstək xarakteri daşımırdı: "Çünki hakimiyyətə əsas iddialıların hamsının antireytinqi reytinqlərindən qat-qat üstün idi. Paşinyanın qazandığının çoxu  Qarabağ klanına, Köçəryanla Sərksiyana verilən səslərin əksəriyyəti isə savaşı uduzmuş  Paşinyana nifrət səsləriydi. Və səslərin bu cür bölgüsü reallığı əks etdirir. Ona görə əks etdirir ki, Ermənistandakılar başlarına gələn fəlakətdə ölkəsini savaşa sürükləyən Paşinyandan da çox, Köçəraynla Sərkisyanın rolunun olduğunun fərqindədirlər. Yəqin Xankəndindəkilər də  Ermənistanda özlərinə  qarşı nifrətin kökündə məhz həmən cütlüyüyn  hakimiyyətdə olduqları zaman törətdikləri qanunsuzluqla soyğunçuluğun durduğunu bilməmiş deyillər. Yaxşı olar ki, onlar xilas yollarının məhz Azərbaycana sıx inteqrasiyadan keçdiyini, Konstitusiyamıza sığınaraq yaşamaq olduğunu anlasınlar. Anlasınlar ki, onların da xilaskarı cənab İlham Əliyevdir. Nə qədər tez anlasalar, bir o qədər özləri  üçün əlverişli olacaq. Eyni zamanda  indən sonra da onlardan geosiyasi məqsədlərlə  faydalanmağı düşünənlər də  anlamalıdırlar ki, regionda istənilən qarşıdurma cəhdləri Şuşa Bəyannaməsinə toxunaraq şüşə kimi sıncaq. Şuşa bəyannaməsi region üçün sülhdən başqa ayrı seçim buraxmır".

O da maraqlıdır ki, Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət, xüsusən də Şuşa Bəyənnaməsi Ermənistanda keçirilən seçkilərə hansı təsirini göstərib.  Qazi-Hüquqşünas Vüqar Dadaşov qeyd edib ki, 44 günlük 2-ci Qarabağ müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası ilə yanaşı, Ermənistanı və ermənilərin özünün xilası kimi onların milli düşüncə tərzini dəyişdirdi:  "Müharibədə uduzan və kapitulyasiya aktına imza atan Paşinyanın Ermənistanda keçirilən seçkilərdə 50%-dən çox səs toplayaraq qalib çıxması sözün əsl mənasında məhz Ermənistan ermənilərin Azərbaycana, Türkiyəyə və ümumən türklərə qarşı nifrətə, müharibəyə son vermək istəyinin nəticəsidir. Təbii ki, bu seçkidə uduzan Koçaryan Rusiyanın məğlubiyyətidir. Ancaq, bu o demək deyil ki, Rusiyanın Ermənistana təsir gücü olmayacaq. Sözsüz ki, Rusiya Ermənistanda güclü siyasi, hərbi və iqtisadi təsirə malikdir və qərbyönümlü Paşinyanın siyasətinin davamı Rusiyanın Ermənistandan üzülüşməyə gətirə bilməyəcək. Ancaq Rusiyanın Ermənistanda təsir gücü məqsədyönlü zəiflədiləcək. Hər bir halda Rusiya mövcud siyasi vəziyyətdə regionda mövcudluğunu qoruya biləcək". Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin, əgər heç bir fövqəladə və fors-major hadisə olmasa onun ölkə daxilində nüfuzu artacaq, iqtisadi və sosial vəziyyətin normallaşması baş verəcək: "Regionda erməni dövlətinin qonşu dövlətlərlə siyasi, diplomatik, hətta iqtisadi  və paralel olaraq infrastruktur əlaqələrin qurulacağı mümkün görünür. Təbii ki, Paşinyanın qələbəsindən sonra Rusiya Paşinyan hakimiyyəti ilə hesablı və "hörmətlə" əlaqələrini quracaq, necə deyərlər "nazı ilə oynamağa" məcbur olacaq. Ermənilər Qafqaza gətirilib və onlara dövlət qurulduqdan bu yana  iki yüz il içində bəlkə də ilk dəfə düzgün seçim edib, türk etnosuna qarşı düşmənçiliyinin mənasız, xeyirsiz və tarixdə əldə etdikləri yeganə erməni dövlətlətinin yaşaması üçün təhlükəli olduğunu anladılar".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31